Məşhur aktrisa sərxoş halda maşın sürdü, vəsiqəsi əlindən alındı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur aktrisası Yasemin Özilhan sərxoş halda avtomobil idarə edərkən yol polisi tərəfindən saxlanılıb.
BAKU.WS Hürriyet-ə istinadla xəbər verir ki, iş adamı İzzet Özilhanla evləndikdən sonra sənətini atan Yaseminin alkotestdə 0.70 promil içki qəbul etdiyi aşkar olunub.
Aktrisa sürücülük vəsiqəsini polisə təhvil vermək istəmədiyi üçün Arnavutköy Polis Bölməsinə aparılıb.
Özilhanın sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb.
Qeyd edək ki, Yasemin Özilhan İzzet Özilhan ilə 2011-ci ildə evlənib. Cütlüyün Əminə və Ela adlı iki qızı var.
Xatırladaq ki, Yasemin "Doktorlar" serialındakı Ela obrazı ilə tanınıb.
Qalereya
Oxşar xəbərlər
Bu il evlənən türkiyəli məşhur simalar – FOTO
Türkiyənin bir-birindən məşhur simaları bu il subaylığın daşını ataraq ailə həyatı qurublar. BAKU.WS evlənən türkiyəli məşhurları təqdim edir: Türkiyənin məşhur...