Məşhur aktrisa "Qalatasaray"ı təhqir edib? - FOTO

Məşhur aktrisa Qalatasarayı təhqir edib? - FOTO
Şou-biznes 283

Türkiyənin məşhur aktrisası Alina Bozun "Qalatasaray" klubunu təhqir etməsi ilə bağlı görüntülər yayılıb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, Simgenin "Aşkın Olayım" mahnısı ilə əylənən Bozun "Qalatasaray"ı söydüyü iddia edilib.

Boz bu barədə açıqlama verib.

Onun sözlərinə görə, görüntülər icazəsi olmadan lentə alınıb və paylaşılıb. Boz məsələ ilə bağlı İstanbul Baş Prokurorluğuna müraciət edəcəyini bildirib:

"Dünən lentə alınan və icazəm olmadan paylaşılan videodakı söyüşləri demədiyim açıq-aydın görünür. Bu məsələni kədərlə izləyirəm. Sözügedən videoda sadəcə bəyəndiyim mahnının sözlərini oxumuşam və başqa heç bir söz deməmişəm. Tanıyanlar bilir ki, məndə elə bir xasiyyət yoxdur. Bu əsassız böhtanla gündəmə gəldiyim üçün üzr istəyirəm".

Qeyd edək ki, aktrisa Alina Boz ötən il iş adamı Umut Evirgen ilə evlənib.

Məşhur aktrisa

Məşhur aktrisa

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Kiçik İkardi" Simgenin səhnəsinə qonaq oldu - VİDEO

"Kiçik İkardi" Simgenin səhnəsinə qonaq oldu - VİDEO

Türkiyənin məşhur müğənnisi Simge Sağın ötən gün səhnə alıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, səhnə stili, paylaşımları və mahnıları ilə böyü...

185 Şou-biznes 13:27 13 iyul 2023

Son xəbərlər