Merve “Kann”da ən yaxşı aktrisa seçildi

Merve “Kann”da ən yaxşı aktrisa seçildi
Şou-biznes 75

Türkiyəli aktrisa Merve Dizdar Kann Film Festivalında Nuri Bilge Ceylanın “Kuru otlar üstüne” filmindəki obrazına görə “Ən yaxşı aktrisa” nominasiyasına layiq görülüb.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktrisa çıxışı zamanı filmdəki "Nuray müəllim" obrazını canlandırmaq üçün çox çalışmasına ehtiyacı olmadığını söyləyib:

"Yaşadığım coğrafiyada qadın olmaq, Nurayların duyğusunu doğulduğum gündən əzbər bilməyi öyrədib. O, inandığı şeylər üçün mübarizə aparan və bunun üçün ağır sınaqlardan keçməyə məcbur olan qadındır. Bu mükafatı Nuray və onun kimi qadınların mücadiləsinə güc vermək, özünə layiq görülənlərə boyun əyməyən, bunun üçün mübarizə aparan və ümidini itirməyən bütün qadınlar və Türkiyədə gözəl günləri yaşamağı gözləyən mübarizə aparan ruhlara ərmağan edirəm".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər