Mərdəkanlı dərzi “abırsız” geyimlərdən, şortik geyinənlərdən, qadağalardan danışdı - VİDEO

18
okt
2023
23:43
Baku TV-nin “O vaxtlar” layihəsinin növbəti buraxılışı efirə gedib.
Budəfəki buraxılışda mərdəkanlı dərzi Gülşad Əliyev köhnə və yeni geyim tərzlərini müqayisə edib.
58 ildir bu işlə məşğul olan ağsaqqal əvvəlki geyimləri daha çox bəyəndiyini deyib:
“İndi çox açıq geyinirlər. Şortiklə gəlib içəri girirlər. Kənd yerində bu, hörmətsizlik sayılır”.G.Əliyev dəblə yox, yaraşanı geyinməyin tərəfdarlarından olduğunu qeyd edib:
“Gərək yaraşanı geyinəsən. Bəzən elə şeylər geyinirlər ki, qəribə görünürlər. Dəbi gərək öz bədəninə uyğunlaşdırasan”.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Mərdəkanlı ağsaqqal açıq-saçıq gəzən gənclərdən danışdı - VİDEO
Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib. Budəfəki buraxılışda Mərdəkan sakini Rafiq Mirzəyev köhnə adətlərdən danışıb. Bakılı...
