Mərdəkanlı ağsaqqal açıq-saçıq gəzən gənclərdən danışdı - VİDEO

Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Budəfəki buraxılışda Mərdəkan sakini Rafiq Mirzəyev köhnə adətlərdən danışıb.
Bakılı ağsaqqal indiki gənclərin geyim tərzindən gileylənib:
“Metroda bir də görürsən, kişi oturub, dizləri görünür. O vaxtkı abır-həya qalmayıb. Mərdəkanda başıaçıq gəzən bir nəfər var idi. Heç kəs papaqsız gəzmirdi”.R.Mirzəyev ailə münasibətlərindən danışarkən həyat yoldaşı ilə evliliyini nümunə çəkib:
“51 il birlikdə yaşamışıq, bir dəfə də problem yaşamamışıq. Dörd ildir vəfat edib, hələ də şəkli telefonumdadır. Hər səhər oyanan kimi birinci ona baxıram”.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
