Mərdan Kazımov "Cavanlığım" mahnısının aranjimanı ilə bağlı irad bildirdi – məsələ aydınlaşdırıldı
Müğənni Mərdan Kazımov sosial şəbəkədə etdiyi paylaşım ilə gündəmə gəlib.
BAKU.WS-in məlumatına görə, sənətçi Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların AzTV-də yayımlanan Yeni il proqramında səsləndirdikləri "Cavanlığım" mahnısının aranjimanından onun razılığı olmadan istifadə edildiyini iddia edib.
Kazımov paylaşımında bildirib ki, sözügedən aranjiman üzərində uzun müddət çalışılıb və bütün musiqi alətləri canlı şəkildə ifa olunub. O, icazə alınmadan istifadəyə etiraz edərək, ən azı öz səsinin silinməli olduğunu qeyd edib və dövlət televiziyasında nəzarətin zəif olduğunu vurğulayıb.
Müğənni daha sonra məsələ ilə bağlı yeni açıqlama yayıb. Onun sözlərinə görə, Gülyaz Məmmədova onunla əlaqə saxlayaraq vəziyyətə aydınlıq gətirib. Məlum olub ki, aranjiman daha əvvəl üçüncü şəxslər vasitəsilə əldə edilib və mahnının müəllifinin Mərdan Kazımov olduğu qarşı tərəfə məlum olmayıb.
Kazımov bildirib ki, məsələ qarşılıqlı anlaşma yolu ilə həll olunub və Gülyaz Məmmədovanın özü şəxsən zəng edərək vəziyyəti izah edib. O, bu yanaşmanı normal və hörmətəlayiq hesab etdiyini də əlavə edib.
Oxşar xəbərlər
Fatih Ürek haqqında "öldü" iddiaları yalanlandı – Sağlamlıq vəziyyəti stabildir
İstanbulda 15 oktyabrda evində xəstəlik səbəbindən ürəyi dayanan, lakin tibbi müdaxilə ilə yenidən işə salınaraq xəstəxanaya yerləşdirilən müğənni Fatih Ürekin...