Məleykə Əsədova onu tənqid edənlərə cavab verdi - FOTO

Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, uzun müddətdir Florida ştatının Mayami şəhərinə istirahətə yollanan sənətçi tez-tez çəkdirdiyi fotoları izləyiciləri ilə bölüşür.
Bəzi istifadəçilər Əsədovanın bu şəkillərini bəyənsə də, böyük əksəriyyət onun fotolarını tənqid edib. Sənətçi bununla bağlı “Instagram” hesabında status yazaraq onu tənqid edənlərə irad bildirib:
“Həyata, gördüklərinə hansı baxışla, düşüncə ilə baxacaqsan, onu da görəcəksən. Çünki sənin qəlbin o hisslərə köklənib. Allah hər bir insanın qəlbinə görə mükafatını versin”.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı məşhurlardan Türkiyəyə dəstək - FOTO
İyulun 28-dən etibarən genişmiqyaslı meşə yanğınları Türkiyəni cənginə alıb. Həmin ərazilərə yaxın yerlərdə yaşayan sakinlərin evləri, mal-mülkləri yanaraq külə...