Mel Gibson özündən 34 yaş kiçik sevgilisindən ayrıldı
69 yaşlı kino ulduzu Mel Gibson və 35 yaşlı ssenarist Rosalind Ross doqquz illik münasibətlərdən sonra ayrılıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, "People" cütlüyün eksklüziv açıqlamasına istinadən bu barədə məlumat yayıb.
"Həyatımızın bu fəslini bağlamaq kədərli olsa da, gözəl bir oğlumuz üçün ən yaxşı valideyn olmağa davam edəcəyik", - deyə cütlük bildirib.
Onların təxminən bir il əvvəl münasibətlərinə son qoymaq qərarına gəldiyi və heç bir inciklik hiss etmədən ayrıldığı məlum olub.
Xatırladaq ki, Gibson və Ross 2014-cü ildə ortaq dostlar vasitəsilə tanış olublar. 2017-ci ildə onların Lars adlı oğlu dünyaya gəlib.
Larsdan başqa, Mel Gibsonun əvvəlki münasibətlərindən səkkiz övladı var.
Qalereya
Oxşar xəbərlər
Günel Ələkbərova: "Anqavitalara bina verirlər, mənə niyə ev verməsinlər?"
Müğənni Günel Ələkbərova (Pişik Günel) vəzifəli şəxsin ona ev hədiyyə etməsindən danışıb. BAKU.WS xəbər verir ki, "Öz aramızda" verilişinə qonaq olan ifaçı mən...