Məktəbdə şagirdlərin iştirakı ilə çəkilən klip narazılığa səbəb oldu - VİDEO

Məktəbdə şagirdlərin iştirakı ilə çəkilən klip narazılığa səbəb oldu - VİDEO
Video
Şou-biznes 498

Azərbaycanda 12 imama həsr olunan klip çəkilib.

BAKU.WS xəbər verir ki, ekran işi orta məktəblərdən birində 12 şagirdin iştirakı ilə lentə alınıb. Klipdə şagirdlər 12 imama mahnı oxuyurlar. İlahiyyatçı Seyid Peyman Boradigahini isə ekran işində müəllim obrazında yer alıb.

Klip sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilərin böyük əksəriyyəti məktəbdə belə ekran işinin çəkilməsini qəbuledilməz adlandırıblar.

Bütün narazılıqlardan və qınaqlardan sonra Seyid Peyman Boradigahini sözügedən klipin evdə çəkildiyini deyərək videonu silib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər