Maykl Ceksonun filminin final səhnəsi 15 milyon dollara başa gəldi

Maykl Ceksonun filminin final səhnəsi 15 milyon dollara başa gəldi
Şou-biznes 57

Popun kralı Maykl Ceksonun həyatından bəhs edən "Michael" bioqrafik filmi ciddi müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, sənətçinin varisləri final səhnəsinin dəyişdirilməsini tələb edib və bunun üçün azı 10-15 milyon dollar vəsait ayırılıb.

Bu barədə ABŞ mediası məlumat yayıb.

Qeyd edilib ki, ilk ssenaridə filmin sonunda Ceksonun həyatına təsir göstərmiş uşaq istismarı ittihamlarına toxunulması planlaşdırılırdı. Lakin sonradan bu hissə tamamilə çıxarılıb. Bunun səbəbi isə sənətçini ittiham edən şəxslərdən biri ilə bağlanmış hüquqi razılaşmada həmin mövzunun ekran işində yer almamasını tələb edən maddənin olmasıdır.

Söhbət Cordan Çandler adlı şəxsdən gedir. O, vaxtilə Ceksona qarşı cinsi istismar ittihamı irəli sürən ilk azyaşlı kimi tanınıb və 15 milyon dollar təzminat almışdı.

Bildirilir ki, Çandler filmdə onun adının çəkilməsini qadağan edib. Yenilənmiş versiyada film sənətçinin həyatındakı qalmaqallarla deyil, onun karyerasının ən uğurlu dövrü ilə yekunlaşacaq.

Filmdə baş rolu Ceksonun qardaşı oğlu Caafar Cekson canlandırır. Onun performansı bir çoxları tərəfindən yüksək qiymətləndirilsə də, sənətçinin qızı Paris layihə ilə bağlı narahatlığını açıq şəkildə ifadə edib.

Filmin rejissoru Antuan Fukuadır. "Michael" bioqrafik filminin 24 aprel tarixində kinoteatrlarda nümayişə çıxması planlaşdırılır.

Maykl Ceksonun filminin final səhnəsi 15 milyon dollara başa gəldi

Son xəbərlər