İmamzadə məzarlığında cadu tapıldı - Xanımların şəklini qəbirlərə basdırdılar - FOTO
22
avq
2019
18:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədəki məşhur İmamzadə məzarlığında cadu tapılıb. Bu barədə BAKU.WS-ə hüquq müdafiəçisi Vasif Akifli məlumat verib.Qəbirlərdən birinə sellafona bükülmüş iki gənc qadının şəkli ilə birlikdə ərəb dilində yazılmış kağızlar aşkarlanıb."Adət üzrə anamın 40 mərasiminə kimi məzarı hazırlanır, təmir təmizlik işləri gedirdi. Məzar daşı hazır olub üzərinə yerləşdirilməsi üçün qəbirin əlavə torpağını təmizləyən ustalar məzarın bir neçə santimetr dərinliyinə basdırılmış bu iki şəkili və duaları tapıblar. Eşitmişdim, az çox məlumatım var idi ki, bu cür caduları yeni məzarların torpağı ilə edirlər. Şəkillərdəki xanımları tanımıram. Bu xanımları tanıyan varsa, məlumat versin.Bəlkə də bunu yazıqların hansısa ən yaxın qohumu, rəfiqəsi, bəlkə də ailə üzvlərindən biri edib. Amma təəssüf etdiyim ən vacib məqam bunu etdirənlərin yox, edənlərin olmasıdır. Siz kimsiniz ki, tanrının işinə qarışıb, kiminsə həyatı ilə oynayırsınız?!" Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
Xəzərdən cadu tapıldı - Üzərində kiril əlifbasıyla adlar yazılıb – FOTO
Ötən gün Xəzər dənizindən cadu tapılıb.BAKU.WS milli.az-a istinadən xəbər verir ki, cadu parçaya tikilmiş və sancaq taxılmış formada dənizə atılıb.Şıxov çimərli...