Malaxovun verilişində qonaq efirdə tamaşaçını döydü - VİDEO

Malaxovun verilişində qonaq efirdə tamaşaçını döydü - VİDEO
Video
Şou-biznes 2425
Andrey Malaxovun verilişində növbəti insident yaşanıb. BAKU.WS xəbər verir ki, proqramda qonaq qismində iştirak edən aktrisa Evelina Bledans tamaşaçını sillələyib. Tamaşaçı Yelena Lebedeva süni mayalanma yolu ilə üçüncü uşağa hamilə qalan 49 yaşlı aktrisanı bu yaşda uşaq doğmaq istəyini məzəmmət edib və Daun sindromlu övladını xatırladıb:“35-40 yaşdan sonra uşaq sahibi olmaq təhlükəlidir, 49 yaşında süni mayalanma ilə hamilə qalmaq istəyinin səbəbi nədir? Daha bir xəstə uşaq doğmaq istəyirsən?”.Bu sözlərdən əsəbiləşən Evelina Yelenaya yaxınlaşaraq “Mənə istədiyini deyə bilərsən, amma uşağımla işin olmasın” deyərək onu sillələməyə başlayıb.Verilişdən sonra məluim olub ki, sillələnən tamaşaçı Lebedeva teatrının rəhbəridir.Qeyd edək ki, 49 yaşlı Bledans süni mayalanma prosesi ilə hamilədir. Aktrisanın daha iki övladı var. İkinci nikahdan doğulmuş Nikolay (1994) və üçüncü nikahdan dünyaya gəlmiş Semyon (2012). Aktrisanın 43 yaşında dünyaya gətirdiyi Semyon Daun sindromu ilə doğulub.Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər