Maksim Qalkin həyat yoldaşı Alla Puqaçovanın 76 yaşını yaxtada qeyd etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı şoumen Maksim Qalkin həyat yoldaşı, məşhur müğənni Alla Puqaçovanın 76 illiyi münasibətilə onunla birlikdə yaxtada çəkilmiş fotosunu paylaşıb.
BAKU.WS Qalkin sosial şəbəkə paylaşımında "Ad günün mübarək, əzizim" sözlərini yazaraq Puqaçovanı təbrik edib.
Qeyd edək ki, cütlük rəsmi olaraq 2011-ci il dekabrın 24-də evlənib, altı il sonra isə Moskva vilayətində yerləşən Mixaylo-Arxangel kilsəsində kilsə nigahı bağlayıblar. Onların 11 yaşlı əkiz övladları - Yelizaveta və Harri var. Cütlük əvvəllər də bildirmişdi ki, bu uşaqlar surroqat ana vasitəsilə dünyaya gəlib. Puqaçovanın böyük qızı Kristina Orbakayte isə bu xəbəri eşidəndə təəccübünü gizlədə bilməmişdi.
2022-ci ildə Puqaçova ailəsi ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Qalkin daha sonra bildirmişdi ki, övladlarını ivrit dilində tədris aparılan məktəbə göndəriblər. Onların amerikalı diplomatik məktəbə daxil olmaq imkanları olsa da, İsraildəki yerli mühitə uyğunlaşmaq üçün ivritin əsas dil olması qərarına gəliblər.
Oxşar xəbərlər
Axtarışda olan "Survivor" iştirakçısı və tanınmış aktyor xaricdə tutularaq Türkiyəyə gətirildi
Türkiyə Daxili İşlər Nazirliyi xaricdə gizlənən cinayətkarlara qarşı genişmiqyaslı əməliyyat keçirib. Son 1 ay ərzində ümumilikdə 63 cinayətkar tutularaq Türki...