Mahir Cürət: “Yaşadığım üçün hər gün xəcalət çəkirəm”

Mahir Cürət: “Yaşadığım üçün hər gün xəcalət çəkirəm”
Şou-biznes 585

Aparıcı Ulvira Qarayeva sosial şəbəkə hesabında yeni layihəsindən görüntülər yayımlayıb.

BAKU.WS xəbər verir ki, meyxanaçı Mahir Cürət uzun illərdən sonra ilk dəfə aparıcının müsahibi olub.

Qarayeva Cürətlə olan müsahibəni instaqram hesabında yayımlayıb. Layihədə meyxanaçı keçirdiyi ağır həyat tərzindən danışıb:

“Ömrü yazan allahdır, amma bizim özümüzdən asılı olmayan şeylər də var. Mühitdən, əhatədən çox şey asılıdır. Mənə də məşhurluq, mühit təsir elədi. “Kruqa” düşdük. Gərək olmayaydı, amma oldu də”.

“Həbsxanaya özüm öz ayağımla polisin maşınına minib getdim. Getdim ki, bir az sağalım. Türmədə hamı yığıldı başıma ki, şairi bura niyə gətiriblər? Polis dedi, özü gəlmək istədi. Orada narkotikdən istifadə etmirdim. Səkkiz aydan sonra tərtəmiz bayıra çıxdım. Sonra uşaqlarla toya düşdük, bir, iki dəfə “metadon” atdıq. Ondan sonra bir də ayıldım ki, yenə həmin əhatəyə düşmüşəm. Bu xəstəlik sirli, bəlalı bir şeydir. Narkomaniya iki cür xəstəlikdir. Həm biolojidir, həm də psixoloji. Bu xəstəlik mənə anatomiyanı, insan elmini öyrətdi. Nə qədər xəstəxanalarda yatmaq olar? Ukraynada ən böyük narkoloji xəstəxanada yatmışam. Orada imkanlı adamların uşaqları, cavan qızlar, oğlanlar yatırdılar. Orada on beş günə qədər yatdım”.

Mahir Cürət hazırda müalicə olunduğunu bildirib:

“Müalicəm davam edir. Ölüm mənim üçün qorxulu deyil. Ölüm imansız adam üçün qorxulu ola bilər. Əlli yaşım var, bundan sonra mənim üçün nə olacaq? Ömrümün 20 ili getdi. Xəstəliyim, dərdim mənə bir kitab yazdırıb. Bu, arsızlıq deyil, xəstəlikdir. İndi müalicə məni saxlayır, təyin olunmuş dərmanım var, onu qəbul edirəm. Nə qədər ömrüm var, o dərmanı içib yaşayacam. Allahdan bir istəyim var ki, məni yorğan-döşəyə salmasın. Bir gün gecə yatım, səhər ayılmayım. İstəyim ancaq budur. Onsuz da bundan o tərəfə mən neyləyəcəm? Peşmanam ona görə ki, mən bildiyimin hamısını yaza bilmədim. Ürəyim dolu qaldı".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər