Loboda fəryad etdi: "Atam, bacım, qardaşım zirzəmidə, qarajda gizləniblər" - VİDEO

Loboda fəryad etdi: Atam, bacım, qardaşım zirzəmidə, qarajda gizləniblər - VİDEO
Video
Şou-biznes 513

Ukraynalı müğənni Svetlana Loboda sosial şəbəkədə paylaşım edib.

BAKU.WS xəbər verir ki, sənətçi instaqram hesabında Ukrayna ilə bağlı video paylaşıb. Ölkəsində baş verənlərdən ürək ağrısı ilə danışan ifaçı kövrələrək göz yaşlarını saxlaya bilməyib:

"Mən ukraynalı müğənni Svetlana Loboda. Son 4 ildir Rusiyada yaşayırdım. Hazırda Avropadayam. Beş gün ərzində doğmalarımın, dostlarımın başına dəhşətli hadisələr gəldi. Hələ də özümə gələ bilmirəm.

Demək istəyirəm ki, vətənimdə dəhşətli müharibə gedir. İnsanları öldürürlər. Vətəndaşlar məcbur olub zirzəmilərdə gizlənirlər. Onlar yeməyə heç nə tapmırlar, yanında körpə uşaqlar var.

Atam, bacım, qardaşım, xalalarım, əmilərim Kiyevdə zirzəmidə, metroda, qarajlarda gizlənir. Onları oradan çıxara bilmirik. Sizdən xahiş edirəm, bu dəhşəti dayandırın. Biz sülh istəyirik. Məni izləyənlər arasında Rusiya vətəndaşları da var. Sizdən xahiş edirəm, bunu dayandırın".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər