İlhamə Qasımova bu müğənniləri tanımadı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni İlhamə Qasımovanın qonaq olduğu proqramlardan birində maraqlı anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, "7 canlı" verilişində iştirak edən ifaçının bəzi müğənniləri tanımadığı məlum olub. Onlar arasında Türkan Vəlizadə, Vəfa Şərifova və Nuri Sərinləndirici kimi sənətçilər olub.
İlhamə ona fotoları təqdim edilən, adları soruşulan üç həmkarını tanımadığını bildirib:
“Yuxarıdan üç insanı tanıyıram: Oksana, Rəqsanə, Şəbnəm, bir də Elvin.Geridə qalan üç nəfəri isə tanımıram. O kənardakı adamı (Nuri Sərinləndirici) görmüşəm, amma adını bilmirəm. O iki xanımı (Türkan Vəlizadə və Vəfa Şərifova) isə tanımıram.
Türkan adlı müğənninin olduğunu bilirəm. “Instagram”da da qarşıma çıxır. Amma burada başqa cür görünür, ona görə də tanımadım", - deyə Qasımova qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...