Leyla Əliyevanın oğlu Əli səhnəyə çıxacaq - FOTO

15
yan
2019
12:41
Fevralın 16-da Bakıda II “Zima” uşaq estrada mahnıları festivalı baş tutacaq.BAKU.WS xəbər verir ki, Heydər Əliyev Sarayında keçiriləcək tədbirdə iştirak edəcək uşaqların adları açıqlanıb. İştirakçılar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğlu Əli də var. 10 yaşlı Əli Ağalarov "Oxbridge Academy"də təhsil alır. Boş vaxtlarında dostları ilə "Fortnite" online oyun oynayır və musiqi dinləyir. Sevimli ifaçısı Elceydir. Elə həmin ifaçı Əlidə musiqiyə həvəs oyatdı! Əliyə Heydər Əliyev sarayının səhnəsində uğurlu çıxış arzulayırıq!BAKU.WS

Oxşar xəbərlər
Leyla Əliyeva Emin Ağalarovun konsertində olub (FOTO)
Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu mükafatların laureatı, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalaro...
