Leyla Əliyevanın "Molites" şeirinə mahnı yazıldı - VİDEO

Leyla Əliyevanın  Molites şeirinə mahnı yazıldı - VİDEO
Video
Şou-biznes 1159
Heydər Əliyev Fondunun Vitse prezidenti, İDEA ictimai birliyinin yaradıcısı, ictimai xadim Leyla xanım Əliyevaya məxsus "Malites" ( Молитесь - Dua edin ) adlı şeirinə mahnı yazılıb.BAKU.WS xəbər verir ki, eyniadlı mahnını opera ifaçısı Ülvi Qılıncla bəstəkar-müğənni Cavanşir Babəlioğlu duet oxuyub. Mahnının musiqisini C.Babəlioğlu özü yazıb. O, Leyla xanımın şeirindən təsirlənərək musiqi yazdığını deyir: "2017 - cı ilin 30 iyununda Leyla xanımın eyniadlı şerindən təsirlənərək yazmağa başladığım mahnını tam bir həftə ərzində tamamladım. Bu il İstanbuldan Bakıya qayıtdığımda isə dostum Ülviyə dinlətdirdim və o da mahnını çox sevdiyi üçün duet oxumaq qərarına gəldik. Bu işdə əməyi keçən hər kəsə, ələxüsus da Rəhman Əliyevə təşəkkürlərimi bildirirəm. Əlbəttə, ilk növbədə belə gözəl sözlər üçün Leyla xanım Əliyeva sonsuz təşəkkürlərimi bildirirəm, çünki belə ilahi eşqlə yazılmış gözəl sözlər olmasaydı belə bir əsər dünyaya gəlməzdi. Dinləyicilər mahnını artıq YouTube-da dinləyə bilər:BAKU.WS

Oxşar xəbərlər

Leyla Əliyeva "Jara"da rəqs etdi - VİDEO

Leyla Əliyeva "Jara"da rəqs etdi - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara - 2018" Beynəlxalq Musiqi Festivalının ikinci günündə də ulduzlarla birlikdə qırmızı xalı üzərindən...

18297 Şou-biznes 10:05 28 iyul 2018

Son xəbərlər