Lənkəranda uşaq evində böyüyən dostlar hərbi xidmətə yola salındılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Valideyn himayəsindən məhrum olan və uşaq evində boya-başa çatan iki dost - Əmrah və Namiq hərbi xidmətə yola salınıblar.
12 ildir uşaq evində yaşayan Əmrah Fəttayev hərbi xidmətə yollandığı üçün qürur hissi keçirdiyini deyib:
“Artıq 18 yaşım tamam olub. Vətənimi, torpağımı qorumağa gedirəm”.
Namiq Zeynalov isə səkkiz ildir uşaq evində yaşadığını bildirib:“Bu müddət ərzində uşaq evi işçilərindən ana qayğısı görmüşəm. Komandirimin əmrlərini və tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışacağam”.
Qeyd edək ki, Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evində çağırışçılar üçün tədbir keçirilib. Əmrahla Namiqi yola salmaq üçün valideynləri qədər doğma olan müəllimləri, qazilər və şəhid ailələri bir araya gəliblər.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...