Lazarev Camalaya söz atdı: "Müsabiqədə üçüncü yer əla nəticədir və..." (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Rus müğənnisi Serqey Lazarev Avroviziyadan sonra öz pərəstişkarlarına videomüraciət ünvanlayıb.
BAKU.WS-in məlumatına görə, müğənni müraciətində müsabiqədə ona dəstək verən bütün pərəstişkarlarına təşəkkür edib. Lazarev bir neçə söz də Camalaya ünvanlayıb.
"Mən hamıya təşəkkür etmək istəyirəm. Kim mənim üçün narahat olurdu, kim mənim üçün səs verirdi çox sağl olsun. Əlbəttə, Camalanı da təbrik edirik", - deyə Lazarev söyləyib.
Lazarevin fikrincə, belə müsabiqədə üçüncü yer əla nəticədir və tamaşaçı səsverməsində birinci yer də həmçinin çox yaxşıdır.
Serqey Lazarev müsabiqənin yekun nəticəsinə görə üçüncü yeri tutub. Müğənni peşəkar münsiflər heyətinin səsverməsində beşinci yerə layiq görülüb, ancaq izləyicilərin səsinə görə Serqey Lazarevə birinci yerə seçilib.
BAKU.WS
Oxşar xəbərlər
“Eurovision 2016"-nın qalibi Ukrayna oldu - VİDEO
İsveçin Stokholm şəhərindəki "Globe” arenada 61-ci dəfə təşkil olunan "Eurovision-2016” mahnı müsabiqəsinin final konserti başa çatıb. BAKU.WS-in məlumatına gö...