Küçədə səfil həyatı sürən Arda Kural yeni görünüşü ilə təəccübləndirdi - FOTO
23
fev
2022
10:44
Türkiyəli məşhur aktyor Arda Kural yenidən çəkiliş meydanına qayıdır.
BAKU.WS xəbər verir ki, psixoloji xəstəliyi olan sənətçi uzun müddətdir küçədə səfil vəziyyətində yaşayırdı. Müalicələrdən sonra sağalan aktyor yenidən ekranlara qayıdır. Sosial şəbəkələrdə Ardanın yeni görünüşündə olan fotosu da yayılıb.
Xeyli çəkisi olan Kural diyeta ilə 2 aya 14 kiloqram arıqlayıb. 40 yaşlı aktyorun bu dəyişimi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Arda müsahibələrindən birində ekranlardan uzaqlaşmasını bir sıra həmkarlarının onu qısqanması ilə əlaqələndirib.
Qalereya
Oxşar xəbərlər
Məşhur aktrisaya aşiq oldu, 16 il zavodda fəhlə işlədi...
Xəbər verdiyimiz kimi, Əməkdar artist Məcnun Hacıbəyov bu gün 86 yaşında koronovirusdan vəfat edib. BAKU.WS "kulis.az"-a istinadən mərhum aktyor haqqında maraql...