Kosmik hava proqnozu: Gələn həftə maqnit qasırğaları gözlənilir

Kosmik hava proqnozu: Gələn həftə maqnit qasırğaları gözlənilir
Şou-biznes 29

Bir müddət Günəşdəki vəziyyət sabitləşsə də, gələn həftə əks istiqamətdə dəyişikliklər gözlənilir.

Oxu.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Sergey Boqaçov qeyd edib ki, sabahdan günəşdəki vəziyyət dəyişəcək.

"Dəyişikliklər elə indi baş verir. Keçən həftə az aktiv olduğundan, bu dəyişikliklərin mənfi istiqamətdə olduğunu təxmin etmək çətin deyil", - deyə Boqaçov bildirib.

Alimin sözlərinə görə, Günəşin arxasında kifayət qədər böyük narahatlıq sahələri üzə çıxıb. Təhlükəli aktivlik sahəsi birbaşa Yerin qarşısında yerləşib, lakin güclü partlayışlar üçün hələ kifayət qədər enerji toplanmayıb.

Buna baxmayaraq, proqnozlara görə, yaxın zamanda burada fəallıq artacaq.

"Gələn həftənin əvvəlində burada kifayət qədər güclü partlayışlar baş verəcək. Bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günləri maqnit qasırğaları gözlənilir. Həftənin ikinci yarısında, ehtimal ki, enerjidə azalma baş verəcək və cümə axşamına qədər təhlükəli sahələr kənara çəkiləcək", - deyə alim dəqiqləşdirib.

Oxşar xəbərlər

Son xəbərlər