Koronavirusa görə milyardlarını itirən varlılar - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus təkcə ölkələrin deyil, ayrı-ayrı iş adamlarının, milyarderlərin də büdcəsinə mənfi təsir edib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, “Forbes” jurnalı sözügedən epidemiyaya görə dünyanın ən çox maliyyə itkisi yaşamış milyarderlərinin onluğunu çap edib.
Həmin onluğu təqdim edirik:
“Amazon”un rəhbəri Ceff Bezos. Onun itkisi 14,1 milyard dollardır.
Dünyanın dördüncü varlı şəxsi Uorren Baffet. Məşhur investor 9,8 milyard dollar itirib.
“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask isə 8,9 milyard dollar itki yaşayıb.
“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq 8,5 milyard dollar itirib.
“Oracle” şirkətinin banisi Larri Ellison 7,7 milard dolları ilə vidalaşmalı olub.
“Louis Vuitton” şirkətlər qrupunun rəhbəri və Avropanın ən varlı şəxsi Vernar Arnonun büdcəsindən isə 7,4 milyard dollar gedib.
“Google” şirkətinin banilərindən biri Larri Peyc 7,3 milyard dollar itirib.
“Google” şirkətinin digər rəhbəri Serger Brin isə 7 milyard dolları ilə vidalaşıb.
“Microsoft”un rəhbəri Bill Geyts 6,6 milyard dollar itirib.
“Zara” şirkətlər qrupunun banisi Amansio Arteqa isə 6,1 milyard dollar itki ilə siyahını tamamlayır.
Oxşar xəbərlər
Varlılar daha da varlanıb, kasıblar daha da kasıblaşıb - ARAŞDIRMA
Oxfam Xeyriyyə Təşkilatının 2018-ci il üzrə apardığı araşdırmarda dəhşətli faktlar üzə çıxıb; 2018-ci ildə varlılar daha da varlanıb, yoxsullar daha da yoxsulla...