Könül Yusifqızı seriallarımızdan danışdı: Mentalitetimiz var, ayıbdır...
21
dek
2018
12:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Bizdə filmdə, serialda aktyor olmağa çox asandır. Həyatı təhlükəsi olan çətin tryukları olan səhnələr yox, dağdan-bağdan atlanma yox, at surmək, güllə atmaq, döyüş səhnələri yox, dava-dalaş, söyüşmə, öpüşmə-qucaqlaşma, yataq-intim səhnələri yox, oxuyub-oynamaq yox".BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa və aparıcı Könül Yusifqızı deyib.O, cəmiyyətin filmlərə reaksiyasından şikayətlənib: "Bağdan danışmaq olmaz, mentalitetimiz var, ayıbdır. Dağdan danışmaq olmaz, inciyərlər, küsərlər. Daha nə qaldı? Qalır gülmək, onu da ürəkdən qəhqəhə çəkib gülə bilmirik. Xalq nə deyər. Qalır ağlamaq, çünki bunu bacarırıq. Yeganə ağlamağı və aqlatmağı ayıb bilmirik.Sonra da bu rejisorları, senaristləri, aktyorları qınayırsınız. Bu binəvalar neyləsin?! Hər şeydən, hər kəsdən narazı, özündən müştəbeh camaatım mənim, sizin nəbzinizi tuta bilirik ki"?! Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Könül Yusifqızı yarıçılpaq vəziyyətdə divanda - FOTO
Aktrisa və tanınmış aparıcı Könül Yusif qızı yarıçılpaq görüntüsünü paylaşıb.BAKU.WS xəbər verir ki, aparıcı sarı parçaya bürünərək fotosessiya etdirib.Aparıcı...