Könül Xasıyeva evini satışa çıxarmasının əsas səbəbini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Anam xəstə olduğu üçün bütün işlərimi təxirə salmışam".
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Xalq artisti Könül Xasıyeva Şəkidəki evini satışa qoymasının da anasının səhhəti ilə bağlı olduğunu bildirib:
“Düzdür, Şəkidəki evi satıram. Çünki o evdə xəstə anam qalır. Həmçinin, ora gedib-gəlməyimiz çətindir. Artıq anam da yaddaşını itirib. Anamızın yanımızda olması üçün onu Bakıya gətirmək istəyirik. Anamdan sonra Şəkidəki evdə yaşayış olmayacaq. Ona görə ev satılmasa, ora batıb gedəcək”.
Könül Xasıyeva özünün səhhətinin yaxşı olduğunu qeyd edib:
“Hər hansı problemim yoxdur. Özümü də yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm. Bu yaxın vaxtlarda konsert verməyi düşünmürəm. Hazırda yalnız anamın səhhəti ilə məşğulam. Onun müalicələrinin düzgün şəkildə getməsi üçün əlimdən gələni edəcəm. Çünki beyin damarlarında quruma gedir. Heç kəsi, hətta məni belə tanımır. Atam dünyasını dəyişəndən sonra tamamilə yaddaşını itirdi”.
Oxşar xəbərlər
Könül Xasıyeva Bakını birdəfəlik TƏRK EDİR
Xalq artisti Könül Xasıyeva birdəfəlik rayona köçür.BAKU.WS Milli.az-a istinadən xəbər verir ki, bu barədə xanəndə "5/5"də özü məlumat verib.K.Xasıyeva bu addım...