Könül Kərimova: "Doğru-düzgün həyat tərzi keçirmir, evə gec gəlir..." - VİDEO

"Bircə evləndirsəydim, rahat olardım. Yəqin ki, evləndirəndən sonra rahat olacam. Deyəcəm, bu sənin ailən, özünüz bilərsiz". Bu sözləri oğlu xəstəxanaya yerləşdirilən Əməkdar artist Könül Kərimova deyib.
BAKU.WS xəbər verir ki, ifaçı Xəzər TV-nin "5/5" verilişində oğlunun səhhətində yaranmış problemdən danışarkən gileylənib:
"Verilişə də güclə gəldim, evdə kefimiz yoxdur. Doğru-düzgün həyat tərzi keçirmir. Özünə baxmır, evə gec gəlir, evdə yemək yemir. Xoşuna gəlmir, gedib küçədə yeyir. Vaxtında yatmırdı. Düzgün rejimdə deyil. Hamısı bunların nəticəsidir. Yaxşı qurtardıq, şükür, ciddi bir şey olmadı”.
Qeyd edək ki, K.Kərimovanın 27 yaşlı oğlu Rəşadın ürəyində yaranan problem üzündən xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər
Könül Kərimovanın oğlu xəstəxanaya yerləşdirildi
Əməkdar artist Könül Kərimovanın oğlu Rəşad xəstəxanaya yerləşdirilib. BAKU.WS xəbərçi.az-a istinadən xəbər verir ki, Mərkəzi Klinikaya təcili tibbi yardımla ça...