"Klon" serialının aktrisası deputat nişanlısından ayrıldı - FOTO

Klon serialının aktrisası deputat nişanlısından ayrıldı - FOTO
Foto
Şou-biznes 255

"Klon" serialının aktrisası Karla Diaz deputat və hüquq müdafiəçisi nişanlısı Felipe Bekaridən ayrılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Diaz bu barədə sosial şəbəkə hesabında bildirib.

Məlumata görə, cütlüyün ayrılmasına səbəb aktrisanın Felipe Bekarinin ianələri mənimsəməsindən şübhələnməsi olub.

Bekarinin pulu Diaz üçün bahalı hədiyyələrə, eləcə də 2022-ci ildə nişanlarını qeyd etmək üçün getdikləri İtaliyada birgə dəbdəbəli tətillərinə xərclədiyi güman edilir.

Hazırda San-Paulu polisi işi araşdırır.

Felipenin günahkar olması hələlik sübuta yetirilməsə də, qalmaqal onun ulduzla münasibətlərinə təsir edib. Bu gün Diaz deputatdan ayrıldığını bəyan edib.

Xatırladaq ki, cütlük ötən il nişanlanmışdı.

Qeyd edək ki, 32 yaşlı Karla məşhur Braziliya serialı "Klon"da "Xədicə" obrazını canlandırıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

 "Klon" serialının Xədicəsi deputatla evlənir - FOTO

 "Klon" serialının Xədicəsi deputatla evlənir - FOTO

Bir zamanların sevilərək izlənilən "Klon" serialının Xədicəsi (Karla Diaz) ailə həyatı qurmağa hazırlaşır. BAKU.WS xəbər verir ki, aktrisalıqla yanaşı fotomode...

498 Şou-biznes 10:34 03 noyabr 2022

Son xəbərlər