Kıvanç Tatlıtuğun yeni serialının yayım tarixi bəlli oldu
18
fev
2022
10:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğun baş rolunu canlandıracağı "Kral kaybederse" serialının yayımlanacağı kanal və vaxtı bəlli olub.
BAKU.WS Türkiyə mediasına istinadla xəbər verir ki, aktyorun ekran işi yeni mövsümdə "Star TV" telekanalında yayımlanacaq. Serial türkiyəli yazıçı və psixoloq Gülseren Budayıcıoğlunun kitablarından birinin motivləri əsasında lentə alınacaq.
Qeyd edək ki, ekran işində Tatlıtuğun tərəf müqabilinin Beren Saatın olacağı deyilir. Onlar 12 il əvvəl “Aşkı-ı Memnu” serialında baş rolda çəkilmişdilər.
Oxşar xəbərlər
“Aşkı-ı Memnu”nun aktyorları 11 il sonra eyni serialda - FOTO
2008-2010-cu illərdə nümayiş olunan və reytinqlərdə rekord qıran “Aşkı-ı Memnu” serialının aktyorları 11 il sonra yenidən bir araya gələcəklər. BAKU.WS xəbər ve...