Kişilərə bu qədərdən artıq kabab yemək olmaz - Həkim açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Kişi kabab yeyən zaman onun miqdarına xüsusi diqqət yetirməlidir.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın tibb elmləri namizədi, terapevt, Yekaterina Burlyaeva şiş kabab yeyərkən hansı normaya riayət etməyin məqsədəuyğun olduğunu açıqlayıb.
Onun sözlərinə görə, norma antropometrik məlumatlardan asılıdır. Burada şəxsin boyu, bədən çəkisi və onların nisbəti, həmçinin xroniki xəstəliklərin olması nəzərə alınmalıdır.
Yaxşı fiziki formada olan sağlam kişi üçün tövsiyə olunan heyvan zülalının miqdarı 100-120 qramdır:
“Ancaq biz hamımız başa düşürük ki, manqal gündəlik yemək deyil. Burada bir kişinin yeyəcəyi kababın maksimal miqdarının 300 qrama uyğun olmasını tövsiyə edilir.
Burlyayeva əlavə edib ki, ümumi kalori miqdarını azaltmaq üçün kababı təzə tərəvəzlərlə yemək daha yaxşıdır.
Oxşar xəbərlər
Pəhrizin səbəb olduğu xəstəliklər: Metabolizmi zəiflədən qidalar hansılardır? - AÇIQLAMA
Boğazımızdan keçən hər qidanın orqanizmə bir xeyri varsa, bir də ziyanı var. Bu da baxır onun kalori miqdarına. Bəzən insanlar az-az və tez-tez yeməyin sağlam q...