Kerimcan Durmaz saxlanıldı - SƏBƏB
Tanınmış DJ və sosial media fenomeni Kerimcan Durmaz qanunsuz mərc reklamları ilə əlaqədar iddialarla gündəmə gəlib. İstanbul Respublika Baş Prokurorluğu bu iddialarla bağlı Durmaz haqqında rəsmi istintaq başladıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə, Durmaz qanunsuz mərc saytının reklamında yer alıb.
Belə ki, Kerimcan Durmazın DJ performansı zamanı səhnə arxasındakı böyük ekranda qanunsuz mərc saytının adı görünüb. Bundan əlavə, Durmazın səhnədə çıxışı zamanı "Buralara nələrsə gələcək deyirdilər, nə oldu? " ifadələrini işlətdiyi də iddia olunur.
İddialara görə, mərc saytına aid reklam görüntüləri Maltada çəkilib, lakin çəkilişin dəqiq vaxtı hələ müəyyən edilməyib. Bu iddialar əsasında İstanbul Respublika Baş Prokurorluğu araşdırmalara başlayıb və Kerimcan Durmaz haqqında hüquqi prosesə start verilib.
İddiaların həqiqiliyi məhkəmə prosesi zamanı dəqiqləşəcək olsa da, məsələ həm pərəstişkarların, həm də şou-biznes nümayəndələrinin diqqət mərkəzinə çevrilib.
Oxşar xəbərlər
Vəfa Şərifovaya 35 yaşında bahalı zinət əşyaları hədiyyə etdilər
Müğənni Vəfa Şərifovanın 35 yaşı tamam olub. BAKU.WS xəbər verir ki, onu təbrik edən ailə üzvləri və yaxın dostları bahalı hədiyyələr bağışlayıblar. Bu hədiyyə...