Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” - YENİLƏNİB

Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” - YENİLƏNİB
Şou-biznes 7

“Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”.

Bu barədə Oxu.Az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva məlumat verib.

O qeyd edib ki, millət vəkilinin vəziyyəti stabil-ağır olaraq qalır və ailə üzvləri bu kimi xəbərlərin yayılmasına təəssüf edir:

“Sosial şəbəkələrdə aktiv olan insanlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən açıqlanan xəbərlərə inansınlar. Dualarınızı əsirgəməyin”.

***22:08

Deputat Qənirə Paşayevanın müalicəsi davam edir.

Bu barədə APA-ya qardaşı Hüseyn Paşayev açıqlama verib.

“Bu barədə bu gün müalicə aldığı xəstəxana da açıqlama yayıb”, - deyə o qeyd edib.

Son xəbərlər