Keçmiş "Survivor" iştirakçısı üz nəqli əməliyyatı keçirdi

Keçmiş Survivor iştirakçısı üz nəqli əməliyyatı keçirdi
Video
Şou-biznes 323

Keçmiş "Survivor" iştirakçısı Didem Cerana Koreyada üz nəqli əməliyyatı edilib.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, Türkiyədə daha sadə bir estetik əməliyyat keçirməsinə baxmayaraq, günlərlə şiddətli ağrılar yaşayıb. Koreyada həyata keçirilən əməliyyatlar isə həm miqyasına, həm də nəticəsinə görə tamamilə fərqli olub.

Ceran bildirib ki, Koreyada çənə sümükləri yenidən formalaşdırılıb, geri çəkilib və kəsilərək çıxarılan sümük toxuması toz halına salınıb, daha sonra dolğu materialı kimi istifadə edilib.

Bundan əlavə, dərin üz gərmə, göz böyütmə, dodaq formalaşdırma və lifting prosedurları icra olunub. O, illər əvvəl sinəsində partlayan silikon səbəbilə də təmizləmə əməliyyatı keçirildiyini qeyd edib.

Məlumata görə, əməliyyat iki mərhələdə həyata keçirilib.

Birinci gün 4-5 saat, ikinci gün isə təxminən 10 saat davam edən ağır cərrahi müdaxilələrə baxmayaraq, Ceran əməliyyatdan sonra heç bir ağrı hiss etmədiyini deyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi

Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...

346 Dünya 14:37 28 oktyabr 2026

Son xəbərlər