Keçmiş həyat yoldaşından danışan aktrisa: "Boşanarkən məni maşınla vurdu"
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur aktrisa Nebahat Çehre keçmiş həyat yoldaşı Yılmaz Güneylə evli olduğu illərdə yaşadığı xoşagəlməz hadisələrdən danışıb.
BAKU.WS xəbər verir ki, o başına gələn qorxulu anları ilk dəfə bu qədər açıq şəkildə bölüşüb.
Çehre, birlikdə yer aldıqları film çəkilişi zamanı Yılmaz Güneyin onun başına stəkan qoyaraq həqiqi silahla atəş açdığını bildirib.
Məşhur sənətçi bu təhlükəli anın onda uzunillik böyük bir qorxu və dərin psixoloji travma yaratdığını vurğulayıb.
Aktrisanın şok faktları bununla da bitmir.
Çehre, münasibətləri bitirmək istədikdə fiziki zorakılıqla qarşılaşdığını qeyd edərək "Ayrılmaq istədiyimdə də, boşanarkən məni maşınla vurdu" ifadələrini işlədib.
Güneyin silaha və zorakılığa meylini şərh edən aktrisa "Silah işlətməyi çox sevirdi. Yəqin ki, böyüdüyü mühitdən irəli gəlirdi, tam bilmirəm" deyə əlavə edib.
Usta aktrisanın illər sonra dilə gətirdiyi bu sarsıdıcı etiraflar sosial şəbəkələrdə geniş rezonans doğurub və qısa zamanda ən çox müzakirə olunan mövzuya çevrilib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...