Jony: "Öz millətimlə fəxr edirəm" - VİDEO
01
sen
2022
13:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Jony (Cahid Hüseynli) ötən gün Kəlbəcərdə konsert proqramında çıxış edib.
BAKU.WS xəbər verir ki, müğənninin sosial şəbəkədə videosu yayılıb.
İfaçı çıxışı zamanı “Baxmayaraq ki, Rusiyada qalıram. Mənim babam, nənəm, bütün qohumlarım Azərbaycanda yaşayır. Mən öz millətimlə fəxr edirəm. İgid, vətən keşiyində duran qardaşlarımla qürur duyuram. Bütün şəhid anaların qarşısında baş əyirəm. Allah sizləri qorusun! Yaşasın Azərbaycan”, - sözlərini deyib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...