İzzət Bağırov: "Əfsuslar olsun ki, biz bu günə qalmışıq"
Yeniliklərdən dərhal xəbərdar olun
"İnsanın dostu cibindəki puldur. Pulun varsa, deyəcəklər orada yox, gəl yuxarı başda otur".
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu sözləri "Gün ortası" proqramında müğənni İzzət Bağırov deyib.
O, belə bir dövrün gəlib çatmasına görə təəssüfləndiyini bildirib:
"Baxırlar hansı maşından düşdün, nömrəsi neçədir, əlindəki telefon hansı markadır. Əfsuslar olsun ki, biz bu günə qalmışıq. İnsana gör nələrə görə qiymət verirlər. Maşınına, qolundakı saatına, geyindiyi paltarına… Gör nə günə qalmışıq.
Təəssüf ki, bu cür düşüncə çoxluq təşkil edir. O yaxşı olan insanlar isə ortada itib-batır. Fikir versəniz, abırlı insan həmişə kənara çəkilir. Gəlin, insanın daxilinə, onun insanlığına, illərdir etdiyi fədakarlıqlara dəyər verək."
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...