"iPhone" telefonlarında yeni funksiya tətbiq ediləcək
Yeniliklərdən dərhal xəbərdar olun
"iPhone" markalı mobil telefonlarda məlumatları kənar şəxslərdən gizləyən yenilik tətbiq olunacaq.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bununla bağlı patent üçün ABŞ Patentlər və Ticarət Markaları Ofisinə (USPTO) ərizə verilib.
Belə ki, “Privacy Eyewear” adlı yeni ixtira "iPhone" ekranındakı məlumatları yalnız sahibinin xüsusi eynək vasitəsilə oxuya bilməsini, qalanlar üçün isə bağlanmasını nəzərdə tutan funksiyadır.
Həmin eynək həm də sahibinin görmə xüsusiyyətlərinə görə tənzimlənə biləcək. Yeni funksiya söndürülərkən çətinlik yaranmasın deyə iPhone-larda sahibin üzünü tanıyan “FaceID” funksiyasının imkanları artırılır.
Yeni funksiyanın nə vaxt bazara çıxarılacağı hələlik məlum deyil.
Oxşar xəbərlər
Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...