"Instagram"da suşi reklam edən məşhurları ələ saldı: "Rayonda nənəsi..." (VİDEO)
12
yan
2019
10:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" verilişində bəzi məşhurlara söz atıb. BAKU.WS-in məlumatına görə, o, canlı yayımda gecəyarı "Instagram" hesabında suşi reklam edən müğənniləri ələ salıb. Tolik verilişində qonaq olan Əməkdar artist Tünzalə Ağayevaya "Siz bəzi müğənnilər kimi "Instagram"a qoyub gecələr suşi yemirsiniz?" sualını ünvanlayıb və ardınca bunları deyib: "Uşaqlıqda mən suşi yeyirdim... Elə bil rayonda bunun nənəsi çörək yapmağın yerinə suşi yapırdı. Heç olmasa bunu götür "odnorazovı" qabdan çıxart qoy bir dənə qəşəng qabın içinə. Gecə ürəyim istədi, gətizdirdim. Yalansa, gecə səni "kitayski" ilan vursun. Güya bunlar ömür-billah suşi yeyiblər". Tünzalə Ağayeva isə Tolikin bu sözlərinə davamlı şəkildə gülüb. BAKU.WS
Oxşar xəbərlər
Məşhur modeldən Zaur və Tünzaləyə: "Özlərini qoyublar artistliyə" - VİDEO
"Zühal Topalla izdivac" verilişindən məşhurlaşan azərbaycanlı gəlin namizəd Esmira qalmaqallı açıqlama edib.BAKU.WS-in məlumatına görə, o, şəxsi "Instagram" hes...