Hyundai-dan sürücülərə sərt mesaj: ”Zolağı pozma!” (FOTO)

Hyundai-dan sürücülərə sərt mesaj: ”Zolağı pozma!” (FOTO)
Şou-biznes 5473
Hyundai Azərbaycanda yeni korporativ sosial məsuliyyət layihəsini təqdim edir. Hyundai-ın ənənəvi “Gələcəyimiz üçün əl-ələ” Korporativ Sosial Məsuliyyət proqramının builki mesajı “Zolağı pozma!” çağırışıdır. Layihənin məqsədi yol hərəkəti iştirakçılarının ən böyük probleminə diqqət yönəltməkdir.“Korporativ sosial məsuliyyətin Hyundai-ın marka fəlsəfəsində yeri əhəmiyyətlidir. Bu brend ictimaiyyətin yaşadığı problemlərin həllinə töhfəsini verməyi özünə borc bilir. Yollarda sıxlıq və tıxaclar vaxtımızın böyük hissəsini əlimizdən almaqla, onu daha faydalı keçirməyimizə mane olur. Ən acınacaqlısı da odur ki, təxirəsalınmaz yardıma gedənlər bu tıxaclarda qalırlar, kimlərinsə həyatı bu tıxaclardan asılı olur. Sıxlıq və tıxacların yaranmasının əsas səbəblərindən biri avtomobil sürücülərinin zolaqla hərəkət etməməsi, biri-birini sıxışdırmasıdır. Buna görə də başladığımız bu kampaniya çərçivəsində ictimaiyyətin diqqətini məhz hərəkət zolağına yönəldəcək, sürücüləri məsuliyyətli olmağa çağıracağıq” – Hyundai Azərbaycanın marketinq direktoru Rauf Cahangirov layihə barədə belə bildirib.Layihənin həyata keçirilməsində Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi Hyundai-ın rəsmi tərəfdaşıdır. Kampaniya üçün seçilmiş brend səfirləri Hyundai-a layihənin mesajını yaymaqda dəstək verəcəklər. Brend səfirləri arasında “Avtostop” radio verilişinin aparıcısı, yol hərəkəti qaydaları eksperti - DJ Tural, aparıcılar Fateh və Rəvan da var. Kampaniya müddətində “Zolağı pozma”maq barədə təlimlər keçirilərək, verilişlər və xüsusi aksiyalar təşkil olunacaq.Layihənin təqdimat mərasimində Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Hyundai-ın bu təşəbbüsünü alqışladığını bildirib. “Bu qədər böyük sayda istifadəçisi olan dünya markasının sürücülərimizi maarifləndirməsi və onların yolda qarşılaşdıqları əsas problemə diqqət çəkməsi çox sevindirici haldır” – deyən Vaqif Əsədov bu il baş vermiş yol hərəkəti hadisələri ilə bağlı rəqəmləri də açıqlayıb. “2017-ci il yanvarın 1-dən sentyabrın 25-dək Bakı şəhərində 454 yol hadisəsi baş verib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəml azalsa da, sürücülərin yollarda məsuliyyətsizliyi, təəssüf ki, davam edir”- polkovnik-leytenant əlavə edib. Vaqif Əsədov baş verən yol hadisələrinin 30%-ə qədərinin məhz hərəkət zolağının pozulması nəticəsində baş verən təhlükəli manevrlərlə törədildiyini vurğulayıb.Hyundai Azərbaycan-ın Biznesin inkişafı bölməsinin rəhbəri Vüqar Bayramov sürücüləri sosial məsuliyyətli olmağa çağırıb: “Biz bütün problemlərin həllini Dövlət Yol Polisindən gözləməməliyik. Hər birimiz öz öhdəmizə düşən məsuliyyəti dərk etməli və məsuliyyətli sürücü olmalıyıq”.“Gələcəyimiz üçün əl-ələ” Hyundai Hyundai Azərbaycanın sosial məsuliyyət proqramıdır. 2008-ci ildən həyata keçirilməyə başlanan layihə çərçivəsində müxtəlif illərdə valideynlərini avtomobil qəzasında itirmiş uşaqlara yardımlar göstərilib, internat məzunlarının cəmiyyətə inteqrasiyasını və peşə seçimini nəzərdə tutan, sonunda yüksək nəticə göstərənləri “Hyundai-Azərbaycanda” işlə təmin edən “Sən də varsan!” layihəsi reallaşdırılıb. Hyundai Motor Company haqqında1967-ci ildə təsis edilmiş “Hyundai Motor Company” şirkəti etibarlı avtomobil partnyoru olmağı özünə vəzifə təyin etmişdir. Şirkət, polad əritmədən başlayaraq, avtomobil istehsalına qədər olan prosesləri reallaşdıran, innovativ biznes strukturu – Hyundai Motor Group-u idarə edir. Dünya üzrə 8 istehsalat bazası və 7 dizayn-texnologiya mərkəzi fəaliyyət göstərən “Hyundai Motor Company”-nin 2015-ci ildə qlobal avtomobil bazarında satışının sayı 4,96 milyon ədəd təşkil edib. Ümumilikdə 100 000 nəfərə yaxın öz peşəkar işçi heyəti ilə “Hyundai Motor Company” müxtəlif bazarlar üçün nəzərdə tutulmuş fərqli məhsulları ilə daima öz model sırasını genişləndirir və təkmilləşdirir. eyni zamanda dünyada ilk dəfə kütləvi istehsal olunan hidrogen mühərrikli Tucson Fuel Cell avtomobiliilə başladığı ekoloji mühəndislik və təbiətlə dost texnologiyalar sahəsində iddialı addımlarla irəliləyir.Ətraflı məlumat: worldwide.hyundai.comHyundai Azərbaycanda“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən bəri fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi şirkətdir. 20 il ərzində 50 000-dən artıq şəxs Hyundai avtomobilləri alıb. Ölkə ərazisində Hyundai markasının 12 satış və servis mərkəzi fəaliyyət göstərir. Rəsmi dilerlərdə bütün model sırası təmsil olunur. Müasir diaqnostika və təmir avandanlıqları ilə təchiz edilmiş servis mərkəzlərində isə qısa müddətdə avtomobilə keyfiyyətli baxış, kamera vasitəsilə qeydə alınan zəmanətli təmir işləri həyata keçirilir. Hyundai markasını Azərbaycanda təqdim edən “Auto Azerbaijan” şirkəti yüksək təcrübə və biliyə malik, istehsalçı tərəfindən təlimlər keçən peşəkar məsləhətçi və xidmət personalı ilə ölkənin ən qabaqcıl biznes qurumlarından biridir.Ətraflı məlumat: www.hyundai.azBAKU.WS

Oxşar xəbərlər

Hyundai ilə yaya arxayın başlayın!

Hyundai ilə yaya arxayın başlayın!

Hyundai servis yeni mövsümdə yenə də endirimsiz qalmadı. Qarşıdan yay gəlir, səyahətlər başlayır və mən hələ də avtomobilimin servis xidmətini gördürməmişəm sö...

1625 Sosial 15:33 02 may 2017

Son xəbərlər