Hollivudun aktrisası 89 yaşında ÖLDÜ
Oskar mükafatına namizəd olan amerikalı aktrisa Diana Ladd 89 yaşında dünyasını dəyişib. Onun ölüm xəbərini qızı, məşhur aktrisa Laura Dern açıqlayıb.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Ladd altmış ildən artıq davam edən karyerası boyunca kino və televiziya dünyasının ən hörmətli simalarından biri olub. O, "Alice Doesn"t Live Here Anymore", "Wild at Heart" və "Rambling Rose" filmlərindəki rolları ilə tanınıb.
Xüsusilə 1991-ci ildə "Rambling Rose" filmində qızı Laura Dern ilə birlikdə eyni il Oskar mükafatına namizəd göstərilərək kino tarixində bir ilkə imza atıblar. Bu, eyni filmdə ana və qızın eyni anda Oskar namizədliyi qazandığı ilk hadisə kimi yadda qalıb.
Missisipidə anadan olan aktrisa karyerasına teatr səhnəsində başlayıb, daha sonra Hollivuda keçib. O, Martin Skorseze, Devid Linç və Aleksandr Peyn kimi tanınmış rejissorlarla işləyib. Diana Ladd yalnız canlandırdığı güclü obrazlarla deyil, təbii aktyor oyunu və səmimi duyğusallığı ilə də sevilib.
O, 20-ci əsr Amerika kinosunun ən önəmli qadın aktyorlarından biri hesab olunur. Həyatını və sənətini qadın hekayələrinə həsr edən Ladd həm səhnədə, həm də kamera qarşısında qadınların gücünü və incəliyini əks etdirib.
Qızı Laura Dern anasına belə vida edib: "O, mənə həm həyatı, həm də sənəti öyrətdi."
Oxşar xəbərlər
"Uzak Şehir"in vurulma səhnəsi BƏYƏNİLMƏDİ
Türkiyənin reytinqli layihələrindən olan "Uzak Şehir"dəki son səhnə bəyənilməyib. BAKU.WS xəbər verir ki, serialdakı vurulma anının görüntüləri sosial şəbəkələ...