Hollivud ulduzları qırmızı xalıda "yarışa" girdilər
Oskar Akademiyası tərəfindən 16-cı dəfə təşkil olunan "Governor Awards" mərasimində bir çox məşhur ulduz qırmızı xalçanın üzərində yarışa çıxıdılar.
BAKU.WS xəbər verir ki, Dakota Conson, Gucci-dən sonra Valentino brendini seçərək incə zövqünü nümayiş etdirib.
Cenifer Laurens isə Dior-dan seçdiyi ağ, drapeli və yırtmaçlı libası ilə diqqət çəkib.
Ariana Qrande isə məşhur stilist Law Roach-un məsləhəti ilə bej-çəhrayı tonlarında, bitki işləməli, rəngli daşlarla bəzədilmiş arxiv modelini geyinib.
Kintia Erivo Givenchy imzalı çiçəkli və püsküllü libası ilə qırmızı xalçada yeriyib.
Mərasim qırmızı xalısında şou zamanı ulduzların zərif və möhtəşəm tərzləri izləyicilərin diqqətini çəkib.
Oxşar xəbərlər
Ailəsi ilə Dubayda yaşayan aktyor: "Qorxduq, amma yaxşıyıq!"
Bir müddət əvvəl Türkiyəni tərk edərək Dubaya köçən aktyor Engin Altan Düzyatandan xəbər var. BAKU.WS xəbər verir ki, aktyor özünün və ailəsi ilə açıqlama yayar...