"Həmkarlarımın dodaqları üçün darıxmışam" – Elza Seyidcahan - (VİDEO)
05
mar
2018
16:06
"ARB Ulduz" un "Şou Məkan" verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.BAKU.WS-in məlumatına görə, əməkdar artist ilk olaraq dilə-dişə düşmək istəmədiyini açıqlayıb:“Onlar elə bilirlər ki, Elza bunu bilə-bilə edir, gündəmdə qalmaq üçün edir. Efirə çıxıb bir söz deyirsən, bir sözdən min məna çıxarırlar. Buna görə ailən, əzizlərin, özün narahat olursan. Bu narahatlığı elə yeni sakitləşdirirsən ki, başqa bir müsahibə ilə yenə aləm bir-birinə dəyir. Hamı zəng vurur. Məsələni aydınlaşdırana qədər, yeni bir problem çıxır”.Elza həmkarlarının atdıqları addımların da mənasız olduğunu deyib:“Artıq məni təkrarlamağa başlayıblar. Nə qədər təkrarlasalar da, o insanlar necə gəliblərsə, elə yadda qalıblar. Mən bundan sonra nə qədər dəyişsəm də, Elza necə gəlib elə yaddadır.Sizin özündənrazı, “kübar”, “xanım” tərzləriniz boş şeydir. Biz necə gəlmişiksə, elə qəbul olunmuşuq.Bəzən insanlar özlərini necə hörmətdə saxlayırlar, deyim. Tanınmış insanlarla şəkil çəkdirirlər, paylaşırlar. Çalışırlar ki, hamıynan şəkil çəkdirib paylaşsınlar. Yəni demək istəyirlər ki, mən bu tədbirdə oldum, artıq bu təbəqədəyəm. Xeyr, elə deyil. Siz necə varsız, necə gəlmisiz, elə də yadda qalmısız”.Əmək artist həmkarlarının plastik əməliyyat məsələsinə də toxunub:“Kim ki, mənim həmkarlarımdan plastik əməliyyat etdirib, onların öz təbii halları mənim üçün daha gözəldir, nəinki indiki halları. Mən onların təbii halları üçün elə darıxmışam ki. Onların özünəməxsus burunları üçün, onların özünəməxsus dodaqları üçün. Həmin insanların üz cizgiləri mənə o qədər doğma idi ki, onların yeni vəziyyətinə öyrəşə bilmirəm. Düzdür, elələri var idi ki, həmin adamların plastik əməliyyata ehtiyacı vardı.Könül Kərimova plastik əməliyyatdan normasında istifadə edib”.Elza tac qalmaqalına bu cür aydınlıq gətirib:“Tacı bizdən əvvəl İlhamə Quliyeva taxıb. İlhamə xanımdan əvvəl Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova taxıb.Qara tac var, sarı tac var, oğru tac var, doğru tac var, yalan tac var. Tacı hamımız taxa bilərik. Əsas ona layiq olmaqdır. Mən taxdığım taclara layiqəm. Mənə yaraşır. O tac mənim əməllərimə, sənətimə, sözümə, hərəkətlərimə yaraşır”.Son olaraq əməkdar artist şou-biznesdə qorxu il yaranan hörmətdənsə, sevgi ilə yaranan hörməti üstün tutmağı diqqətə çatdırıb:“Bu dəqiqə elə müğənnilər var ki, onlar üçün canımı verərəm. Flora Kərimova, Nisə Qasımova, Brilliant Dadaşova, Emira Rəhimova. Mən kiçilməkdən qorxmuram. Nə qədər kiçilsəm də, Allah məni beş o qədər qaldırır.Heç kəsə arzulamıram ki, sağlığında hamı gəlib onun əlindən öpsun, baş əysin. Ancaq öldükdən sonra heç kim yad etməsin. Sağlığında ona yaltaqlanan insanlar onun məzarı üstündə olmasınlar”.Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.BAKU.WS
Oxşar xəbərlər
Elza yerə yıxılıb əsəbdən göz yaşı tökdü (VİDEO)
Əməkdar artist Elza Seyidcahan ATV-də yayımlanan “İlqarla 1 gün” verlişinin verilişinin qonağı olub.BAKU.WS-in məlumatına görə, çəkiliş üçün dağlıq yerə yollana...