Hindistanlı gənc Rəşad Kəsəmənlinin görüntüləri ilə qızları tora saldı - FOTO
11
iyl
2019
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Şair-aktyor Rəşad Kəsəmənlinin adından beynəlxalq səviyyədə dələduzluq edilib. BAKU.WS verir ki, Moses adlı hindistanlı onun foto və videolarından istifadə edərək sosial şəbəkədə qızları aldadaraq pul alıb.Rəşad bi barədə "Facebook" səhifəsində yazıb:"Əcəb zibilə düşmüşəm. Reşma adında bir hindistanlı qız "Facebook" səhifəmə yazıb ki, Moses adında biri mənim şəkillərimdən və videolarımdan istifadə edərək fərqli ölkələrdən olan qızları aldadıb pul alır. Bu hindistanlı qızdan 800$ alıb. Axır ki, mənim özümü tapa bilib. Mesencerinə "Whathsapp" yazışmalarını da mənim messencerimə göndərib.Deyirəm, burada aylıq maaşımı güclə alıram, hansısa Moses evində oturub mənim şəkil və videolarımla külli miqdarda dollar yığır. Üstəlik anamın da şəklini göndərib yazıb: "Bu da mənim anamdır". Ay köpək oğlu, anamı mən özüm zorla elçi göndərmişəm, sən necə elçi göndərəcəkdin?Hələ Afrikadan Lola adında bir qız yazıb ki, bu Moses gədəsi aldadıb ondan da 6000$ alıb. Ay Moses, alırsan, cəhənnəmə, heç olmasahalallıq üçün faizini göndər də. Deyirəm, bu gün-sabah İnterpol məni axtarsa, təəccüblənmərəm. Qarabala Mosesdə fərasətə bax. Afərin!"Zülfiyyə Qurbanova
Qalereya
Oxşar xəbərlər
Bakıda daha bir dəbdəbəli hind toyu - VİDEO
Hindistanlı çütlük Bakının mərkəzində özünə toy edib.BAKU.WS xəbər verir ki, toyda qonaqları əyləndirmək üçün Hindistandan çox sayda müğənni, musiqiçi, rəqqasə...