Həftənin ilk iş günü üçün hava proqnozu

Həftənin ilk iş günü üçün hava proqnozu
Şou-biznes 1212

 

Mayın 1-də respublika ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

BAKU.WS Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12° isti, gündüz 20-25° isti, Bakıda gecə 9-11° isti, gündüz 22-24° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin günün birinci yarısında bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti olacağı gözlənilir.

BAKU.WS

Oxşar xəbərlər

Bayram günlərinin hava proqnozu açıqlandı

Bayram günlərinin hava proqnozu açıqlandı

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS Ekologiya və Təbii Sər...

2 Şou-biznes 12:30 19 mart 2017

Son xəbərlər