Həyat yoldaşını bətnindəki körpə ilə itirən Vasif Məhərrəmli göz yaşlarına boğuldu - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Vasif Məhhərəmli həyatının ən ağır günündən danışıb.
BAKU.WS xəbər verir ki, “1 Dəqiqə” proqramına qatılan ifaçı həyat yoldaşı rəhmətə gedərkən bətnində 7 aylıq övladı olduğunu deyib. Bu zaman o kövrələrək göz yaşlarını saxlaya bilməyib:
“Övladım yaş yarım olarkən həyat yoldaşımı itirməyim həyatımın ən ağır günü idi. Ondan o tərəfə mənim ağır günüm olmayıb. 2 il sonra da atamı itirdim. El deyimi var, deyirlər ki, atalar övladlarının çiynində həyatdan getsin. Özüm də içində olmaqla valideynlərə arzulayıram ki, gecindən olmaqla övladlarının çiynində getsinlər. Amma ən ağır günüm həyat yoldaşımı itirdiyim gün idi. O anda onu düşünmürsən. Bəlkə də məni qınayarlar, amma bətndə olanı düşünmürsən. Zaman-zaman mənə çox böhtanlar, şərlər atıldı. Hamısına sinə gəldim”.
Qeyd edək ki, Məhərrəmli ikinci dəfə ailə həyatı qurub. Onun birinci evlilikdən Əfşan adlı qızı, ikinci ailə həyatından isə bir azyaşlı oğlu var.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...