Günün ulduz falı: şəxsi münasibətlərdə diqqətli olun

Günün ulduz falı: şəxsi münasibətlərdə diqqətli olun
Şou-biznes 1165

 

Astroloqlar bu günə olan ulduz falını açıqlayıb.

Qoç - planlaşdırdığınız işlərə hazırlaşmaq, təmir və rekonstruksiya da əlverişlidir. Yaxın ətrafınızdakı insanların yardım çağırışlarına laqeyd qalmayın, onların duyğu və hisslərini düşünün. Tələsməyin. İşləri təmkinlə görün. Ünsiyyətdə də səbirli olun.

Buğa - əməllərinizdə estetik komponent olsun. Təmasları elə seçin ki, sizi gərməsin və narahat etməsin. Həyatınızda baş verən, ilk baxışdan təsadüf təsiri bağışlayan hadisələrin məğzini anlamağa çalışın. Onlar nəyisə dəyişir. Mümkün problemlərin heç olmasa bəzilərini əvvəlcədən duymağı bacarın və o problemləri rüşeym halında çözün.

Əkizlər - köhnə olan nədənsə bezsəniz, həmin nəsnədən qurtulmaq üçün stimulunuz var. Şəxsi münasibətlərdə təzyiq və tələblər məsləhət deyil. Bu gün tərəfdaş, qarşı tərəf təşəbbüslə çıxış etməlidir. Axşam saatlarında aktivliyi azaldın. Qəza, münaqişə, münasibətlərdə sərinlik riski artır.

Xərçəng - Mimas və Qanimedin münasibətləri bu gün axtarışla məşğul olmağı məsləhət bilir. İş qabiliyyəti və məhsuldarlıq yüksək səviyyədə olacaq. Sizə maraqlı təsir bağışlayan işi görün. Rəqabət, qarşıdurmalardan işin xeyrinə yararlanmağa çalışın. Önəmli saydığınız məlumatı nəzarətdə saxlayın. Yazışma, tədris, təhsil, məlumat əldə edilməsi üçün əlverişli gündür.

Şir - istənilən məsələnin görünməyən məqamlarını araşdırmalı, məqsədə doğru irəliləyərkən imkanlarınızı dəqiq dəyərləndirməli olacaqsınız. İnformasiya və ya xidmət mübadiləsi ilə məşğul olmaq mümkündür. Səhhətinizə diqqət ayırmaq, rasionu qaydaya salmaq üçün əlverişli gündür.

Qız - birgə iş problemlərin dəf olunmasını, sıradan çıxmış obyektin qaydaya salınmasıın və sizdən asılı olmayan fors-major vəziyyətlərin yaratdığı fəsadların aradan qaldırılmasını tələb edir. Əlavə işlərə başlamayın, çünki dünyanın bütun pullarını qazanmaq mümkün deyil. Ehtiyaclarınızı təmin etmək üçün ağır işə başlasanız, orqanizm qəfil problemə cavab verəcək. Bu isə maraqlı planları alt-üst edə bilər.

Tərəzi - Himaliya və Tritonun münasibətləri sizdən praktik məsələlərlə ilk növbədə məşğul olmağı tələb edir. Ola bilər ki, bəzi layihələr, işlər və ya planlara yenidən baxmaq vaxtı çatıb. Şərtləri aydınlaşdırın, mümkün dəyişikliklərin müsbət və mənfi nəticələrini təxminləyin, tərəfdaşınızın niyyətini öyrənmək imkanını əldən verməyin. Yekun qərarlar verməyə tələsməyin.

Əqrəb - baş verənlərin hamısı mühümdür. Səbrli və qətiyyətli olsanız, əməyinizin bəhrəsini tezliklə görəcəksiniz. Bu gün yeni, faydalı ideyalar olacaq. Rekonstrusiya və təmir üçün düşərli vaxtdır. Şəxsi münsibətlər də diqqət tələb edir. İndi hissləriniz və emosiyalarınızı gərəkli məcraya yönəltməyə imkanınız var.

Oxatan - səs-küylü, gur tədbirlər məsləhət deyil. Xoşladığınız işlə məşğul ola bilərsiniz. Sevdiyiniz insan və ya yaxınlarınızdan narazılığınızı nümayiş etdirməyin. Fəqət, indi bir çox məsələləri aydınlaşdırmağın mümkün olduğu söhbətləri sonraya saxlamayın.

Oğlaq - Serera və Uranın münasibətləri sizdən baş verənlərə diqqətli, huşyar yanaşmağı tələb edir. Əsas məsələ stabilliyin qorunmasıdır. Hadisələr, əhval-ruhiyyə, insanların əməlləri - hər şeyin, hər məqamın önəmi var. Qərarlarınız bir qədər cəsur addım təsiri bağışlaya bilər.

Dolça - önəmli hadisələr və ya nəsnədən söhbət gedirsə, ikinci dərəcəli məsələləri unudun. Münasibətləri aydınlaşdırmağa çalışsanız, münaqişə, sərinləşmə, laqeydlik mümkündür. Durumu gərginləşdirməyin, yalnız ən mühüm və vacib işlərlə məşğul olun. Səhhətinizin qayğısına qalın, zəruri profilaktiki tədbirləri yerinə yetirin. Kimsə sizə qayğı göstərərsə, minnətdarlığınızı bildirin.

Balıqlar - Ay və Saturnun münasibətləri yaxın ətrafınıza təzyiqlərə yol verməməyi tələb edir. Ətrafınızdakı insanları sizə maraqlı təsir bağışlayan işi görməyə vadar etməyin. İşdə həmkarlarla mübahisələr, heç bir səbəbi və əsası olmayan münaqişələr mümkündür. Şəxsi münasibətlərdə dözümüsüzlük və şübhə daşıyıcısı olmayın.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər