Günün ulduz falı: qadınlarla əməkdaşlıq məhsuldar olacaq
BAKU.WS bu günün ulduz falını təqdim edir: Qoç - Qadınlarla əməkdaşlıq məhsuldar olacaq. Maliyyə məsələlərinin həlli, sənədlərlə iş, hesabatlar və gələcək üçün planların qurulması ilə məşğul olmaq olar. İş ortaqlarınızla aranızda fikir ayrılığı yarana bilər. Onlarla ümumi dil tapıb, güzəşt əldə etmək asan olmayacaq. İctimai tədbirlərdə iştirak etmək, teatra getmək olar. Yeni tanışlar tapa bilərsiniz. Ehtiyacı olanlara kömək edin, başqalarının həyatı ilə maraqlanın. Buğa - Hiss edirsiniz ki, çox işin öhdəsindən gələ bilərsiniz. Bu, doğrudan da, belədir. İşsiz oturmayın - könüllü və ya məcburi bekarçılıq sizi əzəcək, kefinizi korlayacaq. Yeni bir şey öyrənmək, biliklərinizi paylaşmaq üçün əla gündür. İş baxımından bəxtiniz gətirir, bu gün çox sərfəli sövdələşmələr bağlaya bilərsiniz. Planlaşdırılmamış alış-veriş, hətta lazımsız əşyaları alsanız belə, faydalı olacaq. Əkizlər - Əməkdaşlıq üçün yaxşı gündür. Əvvəllər münasibət qurmaqda çətinlik çəkdiyiniz insanlarla ümumi dil tapa bilərsiniz. Qarşı cinsin nümayəndələri ilə ünsiyyət könlünüzü açacaq. Maliyyə vəziyyətinizi düzəltmək, gəlir gətirən ideyaları reallaşdırmaq şansları var. Ev üçün əşyalar almaq, tərtibatla məşğul olmaq olar. Xərçəng - Hətta fikir ayrılıqları yaransa belə, insanlar münaqişələrdən qaçır, münasibətləri qoruyub saxlayırlar. Evdə səliqə-sahman yaratmaq, bağda işləmək, digər məişət qayğıları üçün münasib gündür. Uğurlu alış-veriş etmək olar. Köçmək, həyat tərzini tamamilə dəyişmək, dostlarla və sevgililərlə əlaqələri qırmaq məsləhət deyil. Şir - Sağlam düşüncə və məntiqin sayəsində yeni problemlər yaratmadan köhnələri həll edə bilirsiniz. Həm işgüzar, həm dostlarla ünsiyyət üçün münasib gündür. Danışıqlar bir qədər uzana bilər, ancaq nəticəsi məhz siz istəyən kimi olacaq. Axşam həm işgüzar, həm əyləncəli səfər üçün münasibdir. Günorta istirahət üçün vaxt tapın, yoxsa səhhətiniz pisləşə bilər. Televizor, yaxud kompüter monitoru qarşısında çox oturmayın, qaranlıqda oxumayın - gözləriniz ciddi zədə ala bilər. Qız - Güclüsünüz, özünüzə inanırsınız. Əla əhval və tərəddüdsüz nikbinlik sizi ətrafınızdakıların gözündə çox cazibədar edir. Könüllü köməkçilərin sayı-heabı yoxdur. Odur ki, işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Planlaşdırılmamış, amma çox xoş xərcləriniz ola bilər. Gözlənilməz görüşlər mümkündür. Kimsə sizi valeh edəcək. Başınızı asanlıqla itirir, emosiyalara qapılır, yeni təəəssüratlar alırsınız. Əyləncəli tədbirlərə getmək, dostlarla birlikdə dincəlmək olar. Tərəzi - Bu gün baş verən hadisələr arasında heç bir əlaqə nəzərə çarpmır, hətta tamamilə gözlənilməzdirlər. Ancaq şəraiti aydınlaşdırsanız, həm səbəbi, həm də nəticəni tapa bilərsiniz. Düzdür, bu zaman sizin də nədəsə günahkar olduğunuz ortaya çıxacaq. Ola bilsin ki, bu, günün ən çətin anı olsun. Açıq-aşkar olanı inkar etməyi bir kənara qoyduğunuz andan işləriniz düzəlməyə başlayacaq. Əqrəb - Özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Mərhəmətiniz və alicənablığınız diqqətdən kənarda qalmayacaq. Bəziləri sizin hərəkətlərinizlə qürur duyur, bəziləri isə bundan öz xeyirlərinə istifadə edərək sizi idarə etməyə çalışırlar. Təmaslarda ehtiyatlı olun. Çoxları bu gün sizi tərifləyir, təqdir edir, xoş sözlər deyirlər. Onlara inanmaq olar. Kimsədən bu gün badalaq gözləməyin, insanlara inanın. Oxatan - Şəxsi həyatınızda yenilik edə, yaxud onu tamamilə dəyişə bilərsiniz. Ancaq yaxşı olar ki, tələsməyəsiniz: bu gün qəbul etdiyiniz qərarlar nəinki sizin, hətta yaxınlarınız üçün də vacibdir. Qeyri-adi əşyalar, əntiq mallar, əl işləri almaq olar. Oğlaq - Xeyli maraqlı məsələnin öhdəsindən gəlməlisiniz. Ağlınızı işlədin, üzdə olan həllər heç də ən yaxşıları deyil, bir az dərin düşünün. İstedadlarınızı nümayiş etdirmək üçün əla gündür: çox güman ki, həyatınızı dəyişdirə biləcək insanlar həmin qabiliyyətlərinizi görüb qiymətləndirəcəklər. Dolça - Ailə məsələləri, ev problemlərini həll etmək üçün çox yaxşı gündür. Sərtlik və nəzakətsizlik göstərmədən həm özünüzün, həm yaxınlarınızın həyatında səliqə-sahman yarada bilərsiniz. Maraqlı təkliflər ala bilərsiniz. Bir çox Dolçalar üçün gözəl perspektivlər yaranır. Balıqlar - Dolu və gərgin gündür. İşləriniz çoxdur və bunların hər biri özlüyündə maraqlıdır. Çox məşğul olsanız da, yorğunluq hiss etməyəcəksiniz. Enerjiniz kifayət qədərdir. Eksperiment etmək, qeyri-standart metodlardan yararlanmaq olar.
BAKU.WS
Oxşar xəbərlər
Günün qoroskopu: Hər şey alt-üst olacaq
BAKU.WS bu günün ulduz falını təqdim edir: Qoç - Maraqlı hadisələr, gözləntilər və faydalı informasiyalar bol olacaq. Diqqətli olun, ətrafınızdakı insanlara gö...