Günün ulduz falı - 22.05.2018

Günün ulduz falı - 22.05.2018
Şou-biznes 2950
BAKU.WS çərşənbə axşamının - 22 may tarixinin ulduz falını təqdim edir:Qoç - Şanslı gündür. Təhsillə bağlı məsələləri həll etmək üçün uğurlu gündür. Bu gün yaradıcılıq işləri də rahat alınacaq. Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Özünüzü gümrah hiss edəcəksiniz. Maddi durumunuzu yüksəltmək öz əlinizdədir.Buğa - Gərgin gündür. Səhhətinizin qayğısına qalmalısınız. Əsas fəaliyyət sahənizdə problem əlindən macalınız yoxdur, gözlədiyiniz məbləğin gəlib çatması üçün zaman lazımdır. Sevgi münasibətlərindən başqa, heç nə könlünüzü açmır.Əkizlər - Enerjili gündür. Özünüzü güclü hiss edəcəksiniz. Yaxın hesab etdiyiniz adamların köməyilə maddi vəziyyətinizi bərpa edə biləcəksiniz. Ünsiyyətlərinizdəki anlaşılmazlıq sizi haldan çıxarmasın, hələ ki bu problemin həlli zamanı deyil.Xərçəng - Sakit gündür. Nəzərdə tutduğunuz işlərin sahmana düşməsini bu günlərdə gözləməyin. Səhhətiniz sizdən qayğı tələb edir. Ünsiyyətlərinizdəki qarşılıqlı mehribanlıqdan razı qalacaqsız.Şir - Pozitiv gündür. Özünüzü gümrah və rahat hiss edəcəksiniz. Səhhətinizdən ciddi şikayətiniz olmayacaq. Biznes planlarını həyata keçirmək üçün hər cür imkanınız var. Ünsiyyətləriniz ürəyinizcə deyil.Qız - Təzadlı gündür. Səhhətinizə qarşı diqqətli olmalısınız. Maddi imkanlarınız qənaətbəxş deyil. Biznes planlarını həyata keçirmək o qədər də asan deyil. Şəxsi münasibətlərdən başqa, heç nə könlünüzü açmır.Tərəzi - Gücünüzdən səmərəli istifadə etsəniz, həll olunmamış probleminiz qalmaz. Səhhətinizlə bağlı ciddi bir probleminiz yoxdur. İşlərinizi düşünülmüş plan üzrə görsəniz, qazancınız yüksək olar.Əqrəb - Çətin gündür. Qazanc gətirə biləcək heç bir işiniz alınmır. Səhhətinizlə bağlı yaranmış problemin həllilə məşğul olmalısınız. Ünsiyyətlərinizdən ciddi şikayətiniz yoxdur.Oxatan - Qarışıq gündür. Dünyanın faniliyi barədə danışanlarla mübahisə etməkdən bezəcəksiniz. İşləriniz qaydasına düşməkdədir. Heç kəsin köməyinə arxalanmayın. Əlinizdəki işləri yüksək peşəkarlıqla görün.Oğlaq - Təəssüf hissləri hökm sürəcək. Çəkdiyiniz zəhmətlərin müqabilində aldıqlarınız acı gülüş doğurur. Buna baxmayaraq, iş yerini dəyişmək heç ağlınızdan da keçmir. Səhhətinizin hazırladığı sürprizlərdən ehtiyatlanın.Dolça - Uğurlu hesab olunan gündür. Səhhətinizlə bağlı heç bir ciddi problem gözlənmir. Maddi imkanlarınızı çoxaltmaq fürsətini boşa çıxarmayın. Ünsiyyətlərinizdə diqqətli olun, heç kəsi özünüzdən incik salmayın.Balıqlar - Yaxşı gün deyil. Səhhətiniz sizin üçün problem yarada bilər. Bu gün hər bir işdə ehtiyatlı olmalısınız. Maddi durumunuzu yüksəltmək şanslarınız, demək olar ki, qalmayıb. Ünsiyyətlərinizdən şikayətiniz yoxdur.BAKU.WS

Oxşar xəbərlər

Cümə gününün ulduz falı - 18.05.2018

Cümə gününün ulduz falı - 18.05.2018

BAKU.WS cümə axşamının - 18.05.2018 tarixinin qoroskopunu təqdim edir:QOÇ - Gərgin gündür. Maliyyə itkiləri gözlənilir. Rəhbərliyə müraciət etmək üçün əlverişli...

2553 Şou-biznes 00:05 18 may 2018

Son xəbərlər