Günel Zeynalova Gülşəni dəstəkləmədi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Günel Zeynalova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında türkiyəli həmkarı Gülşən dəstəkləyən paylaşım edib.
Daha sonra Günel bu paylaşımına görə tənqidlərə məruz qalıb. İfaçı yenidən paylaşım edərək Gülşenin dediklərinə haqq qazandırmadığını, lakin onun həbs olunmasını istəmədiyini deyib:
"Mənə Gülşəni paylaşdım deyə çoxlu yazanlar olub. Mən etdiyi xoş olmayan açıqlamasını dəstəkləmədim. Sənətçi dostumun həbs olunacaq qədər ağır cinayət işləmədiyini və üzr istəməsinə baxmayaraq, həbsxanaya göndərildiyi üçün yanında olduğunu dilə gətirdim".
Xatırladaq ki, Gülşən konsert zamanı birini nəzərdə tutaraq "İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir" ifadəsini işlədib. O, bu sözlərə görə həbs olunaraq Bakırköy Qadın Qapalı Cəzaçəkmə müəssisəsinə göndərilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanlı məşhurların sosial şəbəkə qazancları: 3 MİN - 61 MİN AZN - SİYAHI - FOTO
Yerli sənət aləmindəki məşhurların, əsasən də müğənnilərin gəlir mənbəyi toylardır. Onlar qazancının xeyli hissəsini təmtəraqlı məclislərdə, o cümlədən şou-proq...