Günay çəkilişdə təhlükəli anlar yaşadı: "Son dəqiqədə özümü saxlaya bildim"

Günay çəkilişdə təhlükəli anlar yaşadı: Son dəqiqədə özümü saxlaya bildim
Şou-biznes 1831
Aktrisa Günay Əhməd ARB-də yayımlanan "Könül yarası" serialındakı canlandırdığı obrazı haqda danışıb. Çəkilişdə hündürlükdən yıxılmaq təhlükəsi ilə üz-üzə qalan Günay BAKU.WS-ə açıqlamasında bunları deyib: “Serialda səhnələrin birində intihar etməli idim. Çox çətin səhnə idi. Ümumiyyətlə, mən hündürlükdən çox qorxuram, aşağı baxa bilmirəm, fobiyam var. Həmin səhnə çəkiləndə mən hələ qayanın tam ucuna gəlməmiş, qıraqdan çox gözəl bir mənzərə seyr elədim. Hansı ki, o mənzərə adamı özünə cəlb edirdi. Oraya yaxınlaşdıqca qorxmağa başladım. Tərslikdən də həmin günü güclü külək var idi. Həmin an əgər ayağımın altından bir daş qaçsaydı, axıra kimi də yıxılaraq gedəcəkdim. Bir yer var idi, uşağı qurtarmalı idim. Orada ayağımın altından daş qaçdı və biz az qala yıxılırdıq. Son dəqiqədə özümü saxlaya bildim”.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər