Günay İbrahimli müğənnilərimizin geyimindən danışdı: “Çox iyrənc görünürlər"
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Günay İbrahimli maraqlı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi “Mtv” kanalına müsahibəsi zamanı şou-biznes nümayəndələrinin geyim tərzindən danışıb. Günay bəzi sənət adamlarının libas seçimini bəyənmədiyini bildirib:
“Ötən illər ərzində xeyli stilistlə çalışmışam. Bu müddətdə zövqümü formalaşdıra bildim. Artıq bilirəm, mənə nə yaraşır, nə yaraşmır...
Şou-biznes nümayəndələri arasında zövqsüz olanları var, çox iyrənc görünürlər. Düzdür, zövqlüləri də var. Amma zövqsüzlər də çoxdur.
Deyib necə qəlblərini qırım? Mən desəm, bir gün zövqlü geyinəcək. Bəs sonra? Ona görə də deyib xətrinə dəymək istəmirəm”.
İbrahimli geyim tərzini bəyəndiyi sənətçilərin adlarını da açıqlayıb:
“Qadınlardan ən zövqlü geyinəni Zülfiyyə Xanbabayeva, Aygün Kazımova və Nura Suridir. Kişilərdən isə Zamiq, Çingiz Mustafayev və Ədalət Şükürovdur”.
Oxşar xəbərlər
Ranar Musayev: "O aparıcılar söyülməkdən ləzzət alırlar" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı, rejissor Ranar Musayevdir. - Ranar Musayev özünü necə təqdim edərdi? - Mən özümü necə təqdim edə bilərəm ki... Rejissor Ra...